Dünya

ABŞ-da iki yaşlı uşaq atasını güllələyib öldürdü: Anası həbs edildi - FOTO

7 İyun 2022 23:21
0 Şərh     Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da iki yaşlı uşaq oynayarkən atasını kürəyindən güllələyib.

Hadisə Florida ştatında baş verib. Polisin məlumatına görə, uşağın 26 yaşlı anası Mari Roz Ayala silahı kiçik oğlundan gizlətməyi unudub.

O bildirib ki, atışma zamanı həyat yoldaşı və üç övladı ilə həmin otaqda olublar. Qadın həbs edilib.

"Uşaqlara zərər dəyməyib, lakin çox güman ki, onlar həmişəlik emosional travma ilə qalacaqlar. Həm də onlar faktiki olaraq hər iki valideynlərini itirdilər, eyni zamanda təsadüfən atasının kürəyinə atəş açan uşaq onun hərəkətinin valideyninin ölümünə səbəb olduğunu bilərək böyüməli olacaq", - deyə Orinc dairəsinin şerifi Con Mina bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.