Dünya

Koronavirus testinə görə milyonlar bu yolla mənimsənildi

2 İyun 2022 09:52
0 Şərh     Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada pandemiya vaxtı koronavirus testinə sanballı məbləğ ödənilməsi bir nəfərin saxtakarlığa sövq edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  17 yaşlı tələbə saxta koronavirus testi məntəqəsi açaraq pul qazanmaq xəyalına düşüb. Xəstələr birbaşa məntəqəyə gəlmədiyi üçün guya testlər evdə götürülüb və xəstələrin məlumatları tibbi sığorta qurumuna ötürülüb. Qurum da öz növbəsində pulu onun hesabına köçürüb.

Lakin bu günlərdə məsələnin üstü açılıb. Hesabları araşdıran bir bank işçisi 17 yaşlı tələbənin milyonlara sahib olmasından şübhələnərək polisi xəbərdar edib.

Dindirmə zamanı işin üstü açıldığı üçün iş məhkəməlik olub. Məhkəmənin hökmü ilə dondurulmuş 5,7 milyon dollar geri - sığorta bürosuna qaytarılıb. 17 yaşlı tələbə isə 1500 avro cərimələnib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.