Dünya

Polşa Ukraynaya 18 özüyeriyən haubitsa verəcək

30 May 2022 07:09
0 Şərh     Baxış: 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Polşadan 18 ədəd müasir KRAB özüyeriyən haubitsa alacaq.

Milli.Az "report"a istinadən bildirir ki, söhbət üç artilleriya batalyonu üçün avadanlıqdan gedir.

Polşa hərbçiləri artıq 100 ukraynalı artilleriyaçıya KRAB top haubitsalarından istifadə üzrə təlim keçib. Hazırda Ukrayna Silahlı Qüvvələrinin ixtiyarında azı 24 özüyeriyən silah qurğusu var.

"Sezar" adlanan oxşar tipli altı avadanlıq Fransa tərəfindən köçürülüb.

KRAB özüyeriyən haubitsaları bir neçə ildir Polşa ordusunda istifadədə olan texnikadır. Əsas döyüş sursatları ilə maksimum atəş məsafəsi 40 km-dir. KRAB dəqiqədə 6 dəfə atəş aça bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.