2019-cu ildə 5 bələdiyyədə Fransa Prezidenti Emmanuel Makronun şəklini tərsinə asanların cəzası məlum olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, ekologiya fəalları dövlətin iqlimlə bağlı siyasətinə etiraz əlaməti olaraq bu addımı atmışdılar.
Məhkəmə çəkişməsinə Kassasiya məhkəməsi yekun vurub. Aksiya iştirakçılarının hər biri 500 avro cərimələnib.
Fəallar qərardan Avropa Məhkəməsinə şikayət edəcəklər.
Milli.Az