Dünya

ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfər edib

8 May 2022 17:40
0 Şərh     Baxış: 1 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Cozef Baydenin xanımı Cill Bayden Ukraynaya gizli səfər edib.

Bu barədə Milli.Az "Report"a istinadən xəbər verir.

Zakarpatye Regional Şurası məlumatı təsdiqləyib.

Yerli mətbuatın məlumatına görə, ABŞ-ın birinci xanımı Cil Bayden Ujqorodda Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb.

"Cill Bayden və Yelena Zelenski Ujqorodda Ukraynanın hərbi əməliyyatların davam etdiyi ərazilərdən məcburi köçkün düşən insanların məskunlaşdıqları məktəbə baş çəkiblər.

"Məlum səbəblərdən Ujqorod səfəri elan olunmayıb, mümkün qədər məxfi saxlanılıb və media üçün qapalı olub. Görüşdə yalnız Ağ Evin mətbuat xidməti iştirak edib.

Hazırda Cill Bayden Ukrayna ərazisini tərk edib", - Zakarpatye Regional Şurasının bəyanatında deyilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.