Dünya

Ukrayna bu məntəqəni azad etdi

29 Aprel 2022 15:36
0 Şərh     Baxış: 1 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Telegram-da bildirib ki, Ukrayna hərbçiləri Xarkov yaxınlığındakı strateji əhəmiyyətli Russkaya Lozovaya yaşayış məntəqəsini azad edib.

Milli.Az xəbər verir ki, "Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırskinin rəhbərliyi ilə hücum bölməsinin qüvvələri Xarkov vilayətinin Russkaya Lozovaya kəndini ruslardan azad edib. Hazırda o, tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır", - məlumatda deyilir.

Qeyd edilir ki, bu, Xarkov-Belqorod magistralının üzərində yerləşən strateji əhəmiyyətli yaşayış məntəqəsidir, "məhz bu şəhərətrafı ərazidən ruslar Xarkov şəhərinin mülki infrastrukturunu və yaşayış massivlərini atəşə tutublar".

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.