Dünya

Rusiyanın yeni əraziləri ələ keçirmək imkanları məhdud olub - Britaniya kəşfiyyatı

29 Aprel 2022 19:18
0 Şərh     Baxış: 1 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Donbas döyüşü Rusiyanın Donetsk və Luqansk vilayətləri üzərində nəzarəti təmin etmək məqsədinə çatması üçün əsas strateji fokus olaraq qalır.

Milli.Az APA-ya istinadən bildirir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, bu vilayətlərdə döyüşlər Lisiçansk və Severodonetsk ətrafında xüsusilə ağır keçib, İziumdan cənubdakı Slovyanska doğru irəliləməyə cəhd edilib.

Əlavə olunub ki, Ukraynanın güclü müqaviməti sayəsində Rusiyanın yeni əraziləri ələ keçirmək imkanları məhdud olub və Rusiya qüvvələri önəmli itkilər verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.