Dünya

Rusiya ordusu Xerson Şəhər Şurasını ələ keçirib

25 Aprel 2022 23:11
0 Şərh     Baxış: 1 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ordusu Xerson Şəhər Şurasını ələ keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə şəhər şurası məlumat verib.

Rusiya hərbçiləri oradan Ukrayna bayrağını götürüb, mühafizəçilərdən binanın açarlarını alıblar.

Bələdiyyə sədrinə və bələdiyyə məclisinin əməkdaşlarına binaları tərk etmək əmri verilib.

Sabahdan etibarən Xerson Şəhər Şurası işləməyəcək.

"Saat 16:30-da Rusiya Federasiyasının hərbçiləri binaya daxil olub, bütün əməkdaşlara çıxıb getmələrini bildiriblər. Binadan Ukrayna bayrağını götürüblər. İnsanlara heç bir izahat verilməyib. Binadan sonuncu olaraq mer İqor Kolıxayev çıxıb", - deyə şəhər şurasının əməkdaşı bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.