Dünya

Finlandiya Rusiyadan gələn elektrik enerjisini müvəqqəti dayandırdı

24 Aprel 2022 17:52
0 Şərh     Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiya "Olkiluoto-3" Atom Elektrik Stansiyasının (AES) işə salınması sınaqları zamanı Rusiyadan elektrik enerjisinin tədarükünü müvəqqəti olaraq tamamilə dayandırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin elektrik şəbəkəsini idarə edən "Fingrid" şirkəti bildirib.

"Olkiluoto-3 AES"-i aprelin 24-də saat 10:30-da sınaqdan keçirib, şəbəkədə hər şey plana uyğun işləyirdi", - Finqrid açıqlamasında bildirib.

Həmçinin daimi əsasda Finlandiya şirkəti bazar günündən etibarən Rusiyadan elektrik enerjisi idxalını 1300 MVt-dan 900 MVt-a qədər məhdudlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.