Dünya

Popasnaya atəşə tutulub, ölənlər və yaralanan var - FOTO

23 Aprel 2022 12:36
0 Şərh     Baxış: 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya əsgərləri Luqansk vilayətinin Popasnayayaşayış məhəllələrini atəşə tutublar, nəticədə iki dinc sakin həlak olub, bir nəfər isə yaralanıb.

Milli.Az bildirir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday Facebook səhifəsində məlumat verib.

"Popasnaya və Rubejnoye yaşayış massivlərinin atəşə tutulması nəticəsində üç yaşayış obyektinə ziyan dəyib. Popasnayada iki nəfər küçədə ölüb, bir nəfər yaralanıb. Qoruyun özünüzü! Sığınacaqlarda qalın!", - deyə o, çağırış edib.

Qayday qeyd edib ki, düşmən bütün demarkasiya xətti boyunca irəliləyir.

"Düşmən əsas səylərini Severodonetsk istiqamətində hücum əməliyyatlarına cəmləşdirir, qoşunlarımızı çıxarmaq üçün onları intensiv atəşə tutur. Novotoşkovski istiqamətində hücum, Rubejnoye və Popasnaya rayonlarında hücum əməliyyatları davam edir", - o əlavə edib.

Aslan Məmmədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.