Dünya

Türkiyə hərbçiləri İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib

21 Aprel 2022 19:42
0 Şərh     Baxış: 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi "Pençe-Şimek" əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 3 silahlısı zərərsizləşdirilib.

Milli.Az "Report"a istnadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

"Qəhrəman Türk Silahlı Qüvvələrimiz terror yuvalarını dağıtmağa davam edir. İraqın şimalında antiterror əməliyyatına dəstək vasitələrimizlə 3 PKK-çı zərərsizləşdirilib", - Nazirlik qeyd edib.

Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK-nın terror yuvalarını zərərsizləşdirilməsinə hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 20-də parlamentdəki çıxışı zamanı İraqdakı antiterror əməliyyatının məqsədinin yeni ərazilər ələ keçirmək olmadığını bildirib:

"Hədəfimiz İraqı terrorçulardan təmizləmək, eləcə də sərhədlərimizin təhlükəsizliyini təmin etməkdir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.