Dünya

Dnepropetrovsk vilayətinə raket zərbələri endirildi

18 Aprel 2022 11:42
0 Şərh     Baxış: 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bazar ertəsi, aprelin 18-də səhər saatlarında rus əsgərləri Dnepropetrovsk vilayətinə raket zərbələri endiriblər.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Dnepropetrovsk Regional Dövlət Administrasiyasının sədri Valentin Rezniçenko məlumat verib.

"Gecə nisbətən sakit keçdi və səhər saatlarında ruslar bölgəyə raket zərbələri endiriblər.

Rezniçenkonun sözlərinə görə, raketlərin 60 %-i Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Daha sonra Regional Dövlət Administrasiyasının rəhbəri səhər atılan raketlərlə bağlı ətraflı məlumat verdi. Onun sözlərinə görə, vilayətin Sinelnikovski rayonunda iki nəfər xəsarət alıb.

"Orada raket infrastruktur obyektinə düşüb. Xilasedicilər yanğının qarşısını alıblar. Pavloqradski rayonunda heç kəs xəsarət almadı. Lakin dəmir yolu infrastrukturu məhv edilib", - o bildirib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.