Dünya

ABŞ iranlı nazirə viza vermədi

17 Aprel 2022 12:06
Baxış: 558
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın maliyyə naziri Ehsan Xanduzinin rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankının sammitində iştirak edə bilməyəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Dünya Bankının mərkəzi qərargahı Vaşinqtonda yerləşdiyi üçün ABŞ Dövlət Departamentinin konsulluq idarəsindən viza almaq lazım gəlir.

Amma nə ABŞ-ın İranda, nə də İranın ABŞ-da heç bir diplomatik nümayəndəliyi yoxdur. Qarşılıqlı razılaşma əsasında viza və digər texniki məsələləri İsveçrənin İrandakı və ABŞ-dakı səfirlikləri həyata keçirirlər.

İranın maliyyə naziri Dünya Bankının sammitində iştirak etmək məqsədi ilə ABŞ ərazisinə keçməyə icazə verən viza üçün müraciət edib. Lakin ABŞ tərəfi müraciətə heç bir cavab verməyib. Bu səbəbdən İranın maliyyə naziri səfərdən imtina etməyə məcbur qalıb.

İranın Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada deyilir ki, ABŞ hökuməti bir sıra beynəlxalq təşkilatların mərkəzi ofislərinin öz ərazisində yerləşməsindən sui-istifadə edir və bu da beynəlxalq hüquq normalarına ziddir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.