Dünya

Protokol qaydalarını pozan Kral tənqid edildi

13 Oktyabr 2022 21:21
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya kralı III Çarlz Baş nazir Liz Trass ilə Bukinqem sarayında ilk həftəlik auditoriya iclasını keçirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, kralın Baş nazir ilə dialoqu ictimaiyyət tərəfindən yaxşı qarşılanmayıb.

Belə ki, Trass monarxı "Əlahəzrət, sizi yenidən görməkdən çox şadam" deyə salamlayıb. "Yenə burada? Aman Allahım, Allahım" deyə III Çarlz cavab verib.

Dialoq tviterdə də diqqət çəkib.

"Kral Çarlzın ilk Baş nazirini kamera qarşısında ələ salması pis səhv idi. II Elizabet 70 ildir ki, bu şəkildə protokolu pozmayıb", - siyasi şərhçi Patrik O Flinn sosial şəbəkədə yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.