Dünya

Çində qəfildən qayıdan karantin dəhşəti

7 Aprel 2022 20:36
0 Şərh     Baxış: 1 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Şanxay əyalətində qəfil tətbiq edilən karantin milyonlarla insanı çətin duruma salıb.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, mart ayından başlayaraq, Çin koronavirusun artan yeni dalğası ilə mübarizədədir.

25 milyon əhalisi olan Şanxay hazırda virusun əsas yayılma ocağıdır.

Çərşənbə günü şəhərdə 20 min virusa yoluxma qeydə alınıb. Bu, əslində, bir çox başqa şəhərlərdə qeydə alınan yoluxma ilə müqayisədə kiçik rəqəmdir. Ancaq bütün yoluxma ocaqlarını söndürmək və yayılmanı dayandırmaq üçün sərhədləri bağlamaq, kütləvi test keçirmək, karantin və qapanmalardan ibarət Çinin 0 kovid strategiyasına görə bu, olduqca yüksək rəqəmdir.

Yerli hökümət yaranmış vəziyyətlə mübarizə üçün qəfildən karantin elan edib və şəhərə 30 min tibb heyəti və 2000 hərbçi göndərilib.

Qəfil elan edilən karantin insanların böyük narazılığına səbəb olub. Əhalinin əksəriyyəti tibbi məmulatlar və ərzaq axtarışda çətin duruma düşüb. Hökümət insanları ofislərə və evlərə qapayıb, həmçinin xəstəliyə yoluxmuş gəncləri və körpə uşaqları zorla valideynlərindən ayırıb.

CNN-ə danışan 29 yaşlı bir qadın 2 yaşlı uşağından ayrılıdığını və onu görməyə icazə verilmədiyini bildirib.

Hazırda Çində 1.4 milyard əhalinin 88%-i vaksinlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.