Dünya

İspaniya 25 rusiyalı diplomatı ölkədən çıxarır

5 Aprel 2022 18:12
Baxış: 635
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniya hökuməti Rusiyanın ölkədəki səfirliyinin 25-ə qədər əməkdaşının ölkədən çıxarılması barədə qərar verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İspaniya XİN başçısı Xose Manuel Albares açıqlama verib.

"Elan etmək istəyirəm ki, səhər ölkədəki milli təhlükəsizliyə təhlükə törətməsinə görə, İspaniyadakı Rusiya səfirliyinin 25 diplomatı və əməkdaşının ölkədən çıxarılması barədə qərar vermişik", Albares deyib.

O, səfirlik əməkdaşlarına İspaniyadan çıxmaq üçün bir neçə gün vaxt verildiyini və verilən qərarın Ukraynada gedən müharibə ilə birbaşa əlaqəli olduğunu xatırladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.