Dünya

Latviya Rusiya qazının pulunu rublla ödəyə bilər

4 Aprel 2022 08:17
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Latviyanın "Latvijas Gāze" şirkəti Rusiya qazının pulunu rublla ödəmək imkanını nəzərdən keçirir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

"İlkin təəssürata görə, Rusiya rublu ilə hesablaşma proseduru rəsmi olaraq sanksiyalar rejimini pozmur və bu mümkündür", - deyə şirkət bildirir.

Təşkilat əlavə edib ki, hazırda yeni ödəniş üsulunun hüquqi bazası formalaşdırılır.

Daha əvvəl "Latvijas gāze"nin idarə heyətinin sədri Aigars Kalvitis Rusiyadan təbii qazın tədarükü üçün ödənişin rublla mümkün olmadığını bildirib.

O, ödənişlərin müqavilədə avro ilə nəzərdə tutulduğunu əsas gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.