Rusiya tərəfi İstanbulda Ukrayna ilə danışıqlarda ilk mühüm nəticəyə ümid edir. Milli.Az xəbər verir ki, bu barədə TASS-a danışıqlarla tanış olan Rusiya mənbəsi bildirib.
"Biz ilk mərhələyə, əlamətdar nəticəyə ümid edirik", - agentliyin həmsöhbəti bildirib.
Mənbə bildirib ki, İstanbulda "yekun nəticə" əldə olunmasa, Rusiya-Ukrayna danışıqları videobağlantı vasitəsilə davam edə bilər, lakin Moskva sürətlə irəlilələyişə ümid edir.
Aslan Məmmədov
Milli.Az