Rusiya Ukrayna ilə danışıqlarda sürətli irəliləyişə ümid edir

29 Mart 2022 11:24

Rusiya tərəfi İstanbulda Ukrayna ilə danışıqlarda ilk mühüm nəticəyə ümid edir. Milli.Az xəbər verir ki, bu barədə TASS-a danışıqlarla tanış olan Rusiya mənbəsi bildirib.

"Biz ilk mərhələyə, əlamətdar nəticəyə ümid edirik", - agentliyin həmsöhbəti bildirib.

Mənbə bildirib ki, İstanbulda "yekun nəticə" əldə olunmasa, Rusiya-Ukrayna danışıqları videobağlantı vasitəsilə davam edə bilər, lakin Moskva sürətlə irəlilələyişə ümid edir.

Aslan Məmmədov
Milli.Az