Dünya

Xarici diplomatlar Kiyevə qayıtmağa başlayır

28 Mart 2022 12:36
0 Şərh     Baxış: 1 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xarici diplomatlar Ukrayna paytaxtına qayıtmağa başlayır. Sloveniya Ukraynadakı müvəqqəti işlər vəkili Boştyan Lesiakı Kiyevə göndərib.

Milli.Az bildirir ki, bu barədə Sloveniyanın Ukraynadakı səfirliyi öz Tvitter səhifəsində məlumat yayıb.

"Şəhər boşdur, uzaqdan həyəcan təbili çalınır, partlayış səsləri eşidilir. Paytaxtda qalanların həyatı yaxşı gedir", - Lesyak Kiyevə çatan kimi deyib.

Bir həftə əvvəl Sloveniyanın baş naziri Yanez Yanşi bəyan etmişdi ki, ölkə yaxın vaxtlarda öz diplomatlarını Ukraynanın paytaxtına qaytarmaq qərarına gəlib. Sloveniya hakimiyyəti digər Aİ ölkələrini də diplomatlarını qaytarmağa çağırıb.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.