Dünya

ABŞ Ukraynaya "Stinger" və dron göndərdi

23 Mart 2022 19:10
0 Şərh     Baxış: 1 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Ukraynaya ayırdığı 800 milyon dollarlıq hərbi yardımın ilk partiyalarının çatdırılmasına başlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə CNN-ə ABŞ Prezidentinin administrasiyasından olan rəsmi bildirib. Qeyd olunub ki, hərbi yardımın yerdə qalan hissəsinin də mümkün qədər tez bir vaxtda Ukraynaya çatdırılması istiqamətində işlər davam etdiriləcək.

Hərbi yardıma 800 "Stinger" hava hücumundan müdafiə sisteminin, 100 silahlı dronun, eləcə də Ukraynanın müdafiəsi üçün zəruri olan digər vasitələrin daxil olduğu bildirilib.

Əlavə olunub ki, Prezident Co Baydenin martın 12-də elan etdiyi 200 milyon dollarlıq yardım paketinin də çatdırılması demək olar ki, tamamlanıb. Həmin paketə də "Stinger" və "Javelin" sistemləri daxil olub.

"Yerdə qalan döyüş vasitələrinin də qısa müddətdə çatdırılacaq", - deyə adı açıqlanmayan rəsmi qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Co Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırıldığını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.