Dünya

"Rusiya oliqarxlarına qarşı sanksiyaları heç vaxt ləğv etməyəcəyik"

19 Mart 2022 10:02
Baxış: 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya oliqarxlarına qarşı tətbiq edilən sanksiyalar heç vaxt ləğv edilməyəcək".

Milli.Az "report"-a istinadən bildirir ki, bunu "Times"ə müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Liz Trass biıldirib.

"Bu, fövqəladə mürəkkəb vəziyyətdir. Həmin oliqarxlar Rusiya Prezidenti Vladimir Putinə indi törətdiyi əməlləri etməyə imkan verdilər. Onların əllləri qana bulaşıb", - Liz Trass vurğulayıb.

Nazir Rusiyanın atdığı addımlara görə, krallığın keçmiş Baş naziri Toni Bleyri ittiham edib:

"Toni Bleyr (Böyük Britanyanın 1997-2007-ci illərdə Baş naziri - "Report") hər dəfə dönüş anında onun yanında oldu. Qərb Vladimir Putinin planlaşdırdıqlarını ciddi qəbul etmədi".

Nazirin sözlərinə görə, rusiyalı iş adamı, "Çelsi" futbol klubunun sahibi Roman Abramoviç Böyük Britaniyaya qayıda bilməz.

Liz Trass bildirib ki, Qərb "soyuq müharibə" zamanından Rusiyaya qarşı sıxışdırıcı tədbirlərin kifayət olmadığından nəticə çıxarmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.