Dünya

Zelenskinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü

18 Mart 2022 07:40
0 Şərh     Baxış: 1 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenskinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. 

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə avropalı siyasətçilər mükafat komitəsinə müraciət ediblər.

Nobel Komitəsinə ünvanlanan açıq məktubda deyilir:

"Cəsarətli ukraynalı kişilər və qadınlar demokratiya və özünüidarəni qorumaq üçün mübarizə aparır. Ukraynanın demokratik yolla seçilmiş Prezidenti Volodimir Zelenskidən tutmuş, ölkəsi uğrunda döyüşmək üçün ailəsi ilə göz yaşları içində vidalaşan adama qədər. Ukraynanın hər yerində insanlar qüvvələrə qarşı döyüşür. Bizim şəfqət və dəstək sözlərimiz insan haqları və sülh prinsipləri naminə verdikləri fədakarlıqların ədalətini bərqərar edə bilmir".

Qeyd edək ki, bütün namizədlər fevralın 1-nə kimi təqdim edilməli idi, lakin avropalı siyasətçilər Zelenskinin namizədliyində israrlıdırlar və müraciət üçün son müddəti martın 31-dək uzatmağı xahiş edirlər: 

"Biz bunun prosedur pozuntusu olduğunu başa düşsək də, hesab edirik ki, bu pozuntu indiki misli görünməmiş vəziyyətlə əsaslandırılır. Bizim demokratik borcumuz avtoritarizmə müqavimət göstərmək, demokratiya və özünüidarə hüququ uğrunda mübarizə aparan xalqı dəstəkləməkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.