Dünya

ABŞ-da qadın Süleymaninin intiqamını internetdə tanış olduğu kişidən almağa çalışdı

14 Mart 2022 10:30
0 Şərh     Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Nevada ştatında Nika Nikubin adlı qadın internetdə tanış olduğu şəxsi cinsi əlaqə zamanı bıçaqlayıb. Gənc qadının İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin qisasını almaq üçün sözügedən şəxsi bıçaqladığı müəyyən edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 21 yaşlı şübhəli həbs edilib. O, adam öldürməyə cəhd, ölümcül silahla hücum və oğurluqda ittiham olunub.

Polisin hazırladığı hesabata görə, Nikubinlə adı açıqlanmayan şəxs onlayn şəkildə tanış olub. Cütlük martın 5-də görüşüb və hoteldə otaq kirayələmək qərarına gəlib. Otaqda olarkən Nikubin kişinin gözlərini bağlayıb, işığı söndürüb və onlar sevişməyə başlayıblar.

Bir neçə dəqiqədən sonra kişi boynunda ağrı hiss edib. Bıçaqlanan şəxs Nikubini itələyərək ondan qurtula bilib və dərhal polisə xəbər verib. Qadın isə otaqdan çölə çıxaraq hotel işçini bıçaqlayıb.

Hadisə yerinə gələn polislər Nikubini saxlayıb. O, qurbanına yalnız zərər vermək istədiyini və onu öldürməyi planlaşdırmadığını iddia edib. Xanım dinlədiyi "Grave Digger" mahnısının onu hücumu həyata keçirməyə sövq etdiyini deyib. Digər tərəfdən, zərərçəkənin sağlamlıq durumu ilə bağlı heç bir açıqlama verilməyib.

Həbs edilən qadın üçün 60 min dollar girov təyin edilib. İş üzrə ilkin dinləmələr martın 24-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.