Dünya

ABŞ kəşfiyyatı: O, qəzəblidir, hücumları ikiqat artıracaq

9 Mart 2022 15:18
Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücumları gücləndirə bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Konqresdəki dinləmələrdə ABŞ Milli Kəşfiyyatının rəhbərliyindən bildiriblər.

ABŞ Ukraynadakı müharibə zamanı 4000-ə qədər rus əsgərinin həlak ola biləcəyini iddia edib. Eyni zamanda, Milli Kəşfiyyatın direktoru Avril Hayns hesab edir ki, Putin Ukraynanın tərksilahına nail olmaq üçün səylərini ikiqat artıracaq.

O bildirib ki, indi Putin "qəzəbli və əsəbidir" və bununla əlaqədar olaraq hücumları ikiqat artıracaq və dinc əhali arasında itkilərə əhəmiyyət verməyərək Ukrayna ordusunu darmadağın etməyə çalışacaq.

Bundan əlavə, analitiklər Putinin Kiyevi ələ keçirmək və Ukrayna prezidenti Vladimir Zelenski hökumətini moskvayönlü marionet rəhbərliklə əvəzləmək məqsədinə nail ola biləcəyinə inanmırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.