Dünya

Müharibə ən qısa müddətdə bitəcək - AKP

6 Mart 2022 17:07
0 Şərh     Baxış: 2 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna və Rusiya böhranında mövqeyimizi görürsünüz. Biz sülh tərəfdarıyıq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Qurtulmuş deyib.

"Qara dəniz müharibə gölü deyil, ümid edirik ki, sülh mühiti olacaqdır. Biz həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətlər saxlayan bir ölkə olaraq, hansısa formada ölkələr arasında vasitəçilik edə və ünsiyyət qura biləcək mövqeyimizi qorumağa çalışırıq. Həll meydanda deyil, masadadır. Bu müharibə ən qısa zamanda sülhlə sona çatacaq və Türkiyənin də daxil olduğu bu coğrafiyanın daha böyük bədəllər ödəməsinin qarşısı alınacaq", - Qurtulmuş bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.