Dünya

Rusiyanın "Su-25" təyyarəsi vuruldu, pilotlardan biri ölüb, digəri sağ ələ keçirilib - VİDEO

5 Mart 2022 15:52
Baxış: 2 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha bir qırıcısını vurub.

Milli.Az "report"-a istinadən bildirir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.

Ukraynanın Çerniqov vilayətində Rusiyanın "Su-25" təyyarəsinin vurulması nəticəsində bir pilot ölüb, digəri sağ ələ keçirilib.

Bu barədə Çerniqov vilayəti hərbi-mülki administrasiyasının sədri Vyaçeslav Çaus bildirib.

Onun sözlərinə görə, bu gün Rusiyanın pilotsuz uçuş aparatını da vurublar.

Qeyd edək ki, fevralın 24-dən martın 5-dək Ukraynada Rusiyanın 39 hərbi təyyarəsi, 40 helikopteri vurulub.

Məlumata görə, Rusiya Ukrayna ilə sərhədboyu 450 təyyarə və 250-dən çox helikopter yerləşdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.