Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşüb.
Milli.Az bildirir ki, Putin ordunun mühafizə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.
"Qərb ölkələri təkcə iqtisadi sahədə ölkəmizə qarşı qeyri-dost addımlar atmır, mən hamının yaxşı bildiyi sanksiyaları nəzərdə tuturam, həm də NATO-nun aparıcı dövlətlərinin yüksək səviyyəli rəsmiləri də ölkəmizə qarşı aqressiv bəyanatlar verirlər", - deyə Putin qeyd edib.
Milli.Az