Dünya

Bu ölkənin əhalisi son doqquz ayda 1 milyon nəfər artıb

23 Fevral 2022 22:10
1 Şərh     Baxış: 1 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir Statistika İdarəsinin məlumatına görə, son doqquz ayda bu ölkənin əhalisi 1 milyon nəfər artaraq 103 milyona çatıb. Bu, Şimali Afrika və Yaxın Şərq ölkələri arasında ən yüksək göstəricidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son bir il ərzində Misirdə hər 14 saniyədə bir körpə dünyaya gəlib. Statistika göstərir ki, bu gedişlə 2032-ci ildə bu ölkənin əhalisinin sayı 125 milyon nəfərə çatacaq.

Misir hökuməti əhalinin sürətli artımının qarşısını almaq məqsədilə tədbirlər planı hazırlayıb. Nazirlər Kabinetinin son iclasında qeyd olunub ki, demoqrafik proseslərdə bu cür dəyişiklik sosial və iqtisadi problemlərə səbəb ola bilər. Misir Prezidenti Əbdülfəttah əl-Sisi çıxışında qeyd edib ki, hazırda baş verən əhalinin sürətli artımı fonunda sosial problemlərinin həlli, o cümlədən əhalini iş və mənzillə təminatı üçün ümumu daxili məhsulun həcmi 1,5 trilyon dollar olmalıdır ki, bu da qeyri-mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.