Dünya

Avropanın avtomobil şirkətlərinin satışları azalıb

20 Fevral 2022 14:37
0 Şərh     Baxış: 1 044
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Avtomobil Konstruktorları Assosiasiyası yanvar ayında markalar üzrə təzə avtomobil satışlarının statistikasını yayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Avropanın bütün istehsalçılarının satışları geriləyib. "Volkswagen" qrupunun satışları ay ərzində 7% azalıb. Onun rəqibi "Stellantis"də geriləmə daha ciddidir: 15,1%.

"Renault" qrupunun ən çox satılan modeli "Dacia"nın satışında azalma 16%-ə çatır.

Alman istehsalçılara gəlincə, "BMW"nin satışları 9,2%, onun rəqibi "Mercedes"in satışları 13,8% azalıb.

Avropalı istehsalçıların tənəzzülü fonunda asiyalı istehsalçıların satışlarında davamlı artım müşahidə olunur. "Toyota"nın satışları 9,7%, Hyundai-Kia qrupunun satışları isə 28,7% artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.