Dünya

Britaniya vətəndaşlarına xəbərdarlıq edib: Belarusa getməyin!

19 Fevral 2022 08:44
0 Şərh     Baxış: 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya öz vətəndaşlarına Belarusa getməmək barədə xəbərdarlıq edib.

Britaniya Xarici İşlər Nazirliyi məcburi səfərlər istisna olmaqla, Belarusa getməməyə çağırıb.

Açıqlamada Belarusun Yelsk, Mazır, Reçitsa, Luninets, Qomel, Asipoviç, Baranoviç və Brest şəhərlərinə səfər etməmək barədə xəbərdarlıq yer alıb.

"Ötən aydan başlayaraq Rusiya qüvvələrinin Ukrayna sərhədlərində, o cümlədən Belarusla sərhəddə toplanması hərbi əməliyyat təhlükəsini artırıb", - bəyanatda deyilir.

Fevralın 11-də Böyük Britaniya vətəndaşlarından Ukraynaya getməməyi və ölkəni tərk etməyi tələb edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.