Dünya

Bu ölkədə pandemiya ilə bağlı qaydalar yumşaldılır

18 Fevral 2022 21:35
0 Şərh     Baxış: 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Monteneqroda epidemioloji vəziyyət yaxşılaşdığı üçün pandemiya ilə bağlı bəzi qaydalar ləğv ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni qaydalar çərçivəsində toy, ad günü və digər şənliklərin təşkili COVID-19 sertifikatının təqdim edilməsi və adambaşına 10 kvadratmetr sahənin ayrılması şərtilə təşkil oluna bilər. Restoran, kafe və bu kimi obyektlər gecə saat 01:00-a qədər açıq qala biləcək.

Bundan əlavə, dəfn mərasimlərinin iştirakçıların sayının 50 nəfərlə məhdudlaşdırılması şərtilə keçirilməsinə icazə veriləcək.

Yeni qaydalar martın 4-dək qüvvədə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.