Dünya

ABŞ qan itirir, parçalanacaq - Byukenen

15 Fevral 2022 13:26
0 Şərh     Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vaşinqton siyasi opponentlərin çoxluğuna görə növbəti güc sınağından keçməyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidentləri - Riçard Nikson, Cerald Ford və Ronald Reyqanın müşaviri olmuş Patrik Byukenen deyib.

"Bizim hər şeyimiz ola bilərdi. Əvəzolunmaz fövqəlgüc idik. Gələcəyə boylanırdıq. Öz xoşməramlı hegemoniyamızı bəşəriyyətin qalan hissəsinə sırıdıq. Və nəhayət, yeni dünya düzəni quraraq müharibələrə daxil olduq. İndi isə özümüz qan itiririk, diqqətimizi yayındırmışıq, tükənmişik və parçalanmağa doğru gedirik", - deyə o bildirib.

Byukenen ötən əsrin 70-ci illərində məşhur olmuş "Evə qayıt, Amerika" şüarını xatırlamağa çağırıb. Dövlət xadiminin sözlərinə görə, ABŞ özünə Rusiya və Çin kimi rəqiblər əldə edib və Vaşinqton ikisi ilə eyni zamanda mübarizə apara bilməz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.