Dünya

Koronavirusa qarşı burun peyvəndləri təhlükəli ola bilər

14 Fevral 2022 14:50
0 Şərh     Baxış: 1 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Virusoloq, ABŞ Qlobal Virusoloji Şəbəkə Mərkəzinin direktoru Konstantin Çumakov bildirib ki, COVID-19-a qarşı burun peyvəndi orqanizm üçün əzələdaxili peyvənddən daha təhlükəli ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə "Məsləhət ver, həkim!" "YouTube" kanalına müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, burun qoxu siniri vasitəsilə beyinlə çox sıx bağlıdır və buna görə də burun vasitəsilə verilməsi planlaşdırılan bütün dərmanlar çox böyük təhlükəsizlik qiymətləndirməsindən keçir.

"Burun peyvəndləri təhlükəli ola bilər, çünki bu sinir virusu və ya antigeni beyinə daşıya bilər. Bununla çox diqqətli olmaq lazımdır. Məsələ göründüyü qədər asan deyil", - deyə virusoloq izah edib.

O,qeyd edib ki, əzələdaxili peyvəndlər heç bir həyati orqana təsir edə bilmir və sinir sistemini qoruyur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.