Kolumbiyanın qərbində yerləşən Pereyra şəhərində güclü yağışdan sonra torpaq sürüşməsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 29 nəfər yaralanıb.
Təbiət hadisəsi Otun çayının məcrasını bağlayıb. Yerli KİV-in məlumatına görə, daha iki nəfər itkin düşüb.
Milli.Az