Kolumbiyada torpaq sürüşməsi: 7 ölü

8 Fevral 2022 22:57

Kolumbiyanın qərbində yerləşən Pereyra şəhərində güclü yağışdan sonra torpaq sürüşməsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 29 nəfər yaralanıb.

Təbiət hadisəsi Otun çayının məcrasını bağlayıb. Yerli KİV-in məlumatına görə, daha iki nəfər itkin düşüb.

Milli.Az