Dünya

Fransa polisi qaçqın və miqrantlara qarşı güc tətbiq edir

5 Fevral 2022 08:58
0 Şərh     Baxış: 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Utopia 56" hüquq müdafiə təşkilatı tviterdəki hesabında Fransa paytaxtı Parisin körpülərindən birinin altında gecələyən miqrantların polis tərəfindən fiziki zorakılıqla dağıdılmasının videogörüntülərini yayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, görüntülərdə asayiş keşikçilərinin miqrantları ayaqları ilə təpikləyərək onları necə "oyatdığı" əks olunur. Görüntülərdə ayağı amputasiya olunmuş miqrantlardan biri qoltuqaltına güclə söykənərək polislə danışmağa çalışır.

Havanın soyuq keçməsinə baxmayaraq, bir qrup evsiz miqrant sonda düşərgəni tərk etməli olub.

"Utopia 56" bildirib ki, söhbət sığınacaq axtaran Sudan vətəndaşlarından gedir.

"Həmin insanların müdafiəsi və sığınacağı olmalıdır, lakin yoxdur, onlar daim polis tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalırlar", - hüquq müdafiəçiləri qeyd ediblər.

"Utopia 56" əlavə edib ki, Parisdə belə hadisələr beş gündür qeydə alınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.