Dünya

Yeni tip həşərat-robot hazırlanıb - VİDEO

4 Fevral 2022 18:42
0 Şərh     Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tipik olaraq, uçan mikrorobotlar üçün gücü mühərriklərdən qanadlara ötürmək üçün dişli çarxlardan və digər mürəkkəb ötürmə elementlərindən istifadə edilir. Bu isə dizaynı çətinləşdirir və onu daha ağır edir.

Yeni ixtirada isə elm adamları süni əzələlərdən istifadə edən qanad ötürücü sistemi hazırlayıblar. Alimlər dizaynda milçək kimi uçan həşəratlardan ilhamlanıblar.

Sistem LAZA adlandırılır.

İxtiraçılar hesab edirlər ki, LAZA sistemli robotlar həşəratlar qədər kiçik ola bilər və nadir çiçəkləri tozlandırmaq, yaxud dağılmış binaların altında insanları axtarmaq üçün əlverişlidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.