Dünya

Ən böyük həbsxanalarından birində qarşıdurma: Polis və ordu hərəkətə keçdi

3 Fevral 2022 11:48
0 Şərh     Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekvadorun Quayakil şəhərində yerləşən 1 saylı həbsxanada məhbuslar arasında toqquşma baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Penitensiar Xidmətinin "Twitter" səhifəsində məlumat yazılıb.

Qeyd edilib ki, ölkənin ən böyük islah müəssisələrindən birində baş verən qarşıdurmanın qarşısını alınmasına Ekvador polisi və ordunun hərbi qulluqçuları müdaxilə edib.

Təhlükəsizliyin gücləndirilməsi məqsədilə xüsusi təlim keçmiş birliklər həbsxanada xidmətə cəlb edilib.

Hadisə zamanı ölən və ya yaralananlar barədə hələlik məlumat açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.