Dünya

Hibrid avtomobil sürənlərin nəzərinə - Yanğın baş verə bilər - FOTO

3 Fevral 2022 14:30
0 Şərh     Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elektromobillərdə yanğınlar digər avtomobillərə nisbətən daha az baş verir, lakin belə yanğınları idarə etmək daha çətindir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Auto insuranse EZ" tərəfindən aparılan araşdırmadan məlum olub.

Bildirilir ki, elektromobilin akkumulyatorlarının alışma ehtimalı 0,3 faiz, adi mühərriklərin isə 1,5 faizdir. Çox vaxt yanğınlar hibrid modellərdə baş verir - onların alovlanma ehtimalı isə 3,4 faizdir.

Bununla belə, elektrik avtomobilində yanğın baş verərsə, litium-ion batareya benzin mühərrikindən daha güclü və daha sürətli yanar. Belə bir yanğını söndürmək üçün daha çox su tələb olunur. Bundan əlavə, ekoloji cəhətdən təmiz avtomobilin akkumulyatorları ilk yanğından sonra saatlar və ya hətta günlər ərzində yenidən alovlana bilər, bu isə avtomobilin təmir olunduğu sexlər üçün təhlükə yaradır.

Pensilvaniya ştatından yanğınsöndürmə idarəsinin rəhbəri Ças Mak Qarvi 2021-ci ildə həmkarları ilə birgə şahid olduğu elektromobil yanğını haqqında danışıb. Onun sözlərinə görə, avtomobil o qədər yanmışdı ki, altındakı asfalt ərimişdi. O, yanğınsöndürənlərin belə yanğınları effektiv şəkildə dayandırmaq üçün elektrik maşınları ilə bağlı təcrübəsinin çox az olduğunu bildirib.

"Biz yeni texnologiya haqqında daha çox öyrənməyə çalışırıq, lakin o, çox sürətlə inkişaf edir", - deyə mütəxəssis bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.