Dünya

Rusiya Gürcüstana nota verdi

29 Yanvar 2022 08:48
0 Şərh     Baxış: 1 174
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 26-da İsveçrənin Gürcüstandakı səfirliyinin "Rusiya Federasiyasının maraqları" bölməsi yaxınlığında müxalifətin keçirdiyi anti-Rusiya aksiyası ilə bağlı Rusiya Gürcüstan Xarici İşlər Nazirliyinə nota göndərib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev deyib.

O bildirib ki, insidentlə əlaqədar Gürcüstan XİN-ə Gürcüstan hakimiyyətinin Diplomatik Münasibətlər haqqında 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasına ciddi əməl etməsinin zəruriliyi barədə nota göndərilib.

"Ümid edirik ki, Gürcüstan hakimiyyəti bu cür hadisələrin qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcək", - Zaytsev qeyd edib.

O əlavə edib ki, "Rusiya maraqları" bölməsində anti-Rusiya aksiyasından bir qədər əvvəl əsas və ehtiyat enerji təchizatı kəsilib:

"Hazırda həmin hissənin enerji təchizatı tam bərpa olunub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.