Dünya

Qazaxıstanda Milli Qvardiyanın 400-ə yaxın əsgəri yaralanıb

10 Yanvar 2022 11:42
0 Şərh     Baxış: 1 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanda baş verən iğtişaşlar zamanı Milli Qvardiyanın 400-ə yaxın əsgəri yaralanıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər nazirinin müavini və Milli Qvardiyanın baş komandanı Ruslan Jaksılıkov deyib.

"Milli Qvardiyanın əsgərləri gecə-gündüz xidmətdədirlər. Almatı, Çimkənd və bir sıra rayon mərkəzlərində asayişin təmin edilməsi zamanı xuliqan kütlə ilə qarşıdurma nəticəsində Milli Qvardiyanın yaralanan əsgərlərinin sayı 394 nəfərə çatıb. Bundan əlavə, kütləvi iğtişaşlar zamanı Milli Qvardiyanın 90-dan çox hərbi texnikasına zərər dəyib", - deyə R.Jaksılıkov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.