Dünya

NATO-ya üzvlük Kiyevə problem yaradacaq

5 Yanvar 2022 11:06
0 Şərh     Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Şimali Atlantika Alyansına daxil olması Kiyevin özü üçün mənfi nəticələrə səbəb olacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu fikri ABŞ və Rusiya arasında Konsensus üzrə Amerika Komitəsinin vitse-prezidenti Katrina vanden Hoyvel deyib.

"Qərb başa düşməlidir ki, Kiyevi NATO-ya qəbul etmək cəhdləri Ukrayna daxilində dərin tarixi parçalanmalara səbəb olacaq və Rusiyanın narahatlığını artıracaq", - deyə o bildirib.

Amerikalı ekspert Ağ Evi Rusiyaya qarşı sanksiya çağırışlarına və Moskvaya münasibətdə qarşıdurma mövqeyinin güclənməsinə qarşı xəbərdar edib.

"Bu, son dərəcə təhlükəlidir və Birləşmiş Ştatların maraqlarına uyğun deyil", - o vurğulayıb.

Onun fikrincə, yalnız ağlabatan dialoq və siyasi nizamlanma Ukraynanı uzunmüddətli sabitlik və sülh yoluna qaytarmağa kömək edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.