Dünya

“Taliban” qadınlara tək başına 78 km-dan çox məsafə getməyi qadağan etdi

2 Yanvar 2022 14:57
1 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı avtobus sürücülərinə namaz vaxtı işlərini dayandırmağı, qadınlara hicabsız səyahət etməməyi tövsiyə edib.

Bu barədə report RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, qadınlar ictimai nəqliyyatda hicabsız səyahət edə bilməzlər və qohumlarının müşayiəti olmadan 78 kilometrdən çox məsafə qət edə bilməzlər.

Bundan əvvəl "Kabul News" telekanalı məlumat vermişdi ki, "Taliban" hərəkatı avtomobillərdə musiqiyə qulaq asmağı və qadınların nəqliyyat vasitələrində hicabsız getməyi qadağan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.