Dünya

Aİ ABŞ-Rusiya danışıqlarına qatılmaq istəyir

30 Dekabr 2021 08:43
0 Şərh     Baxış: 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Biz başı üzərindən qərarlar qəbul olunan kənar izləyici olmaq istəmirik."

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel "Die Welt" qəzetinə müsahibəsində deyib.

Ali nümayəndənin sözlərinə görə, əgər rəsmi Moskva Avropada təhlükəsizlə bağlı müzakirələrə başlamaq və təhlükəsizlik təminatı barədə danışmaq istəyirsə, bu, təkcə ABŞ və Rusiyaya aid olmayacaq. "Avropa İttifaqı bu danışıqlarda iştirak etməlidir. Bu cür danışıqlar yalnız o zaman məna kəsb edər ki, Avropa İttifaqı ilə sıx koordinasiya şəraitində və onun iştirakı ilə keçirilsin" - deyə, Jozep Borrel bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Rusiya ilə yanvarın 10-na təyin olunmuş danışıqlarda avropalılara şəffaflıq və həmrəylik təminatı verib, lakin Avropa İttifaqının bu danışıqlara cəlb olunacağını vəd etməyib. Prays görüşün təhlükəsizliyə dair ikitərəfli strateji dialoq formatında keçiriləcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.