Dünya

Yaponiyada ikirejimli nəqliyyat vasitələrinin istismarına başlanılıb - FOTO

26 Dekabr 2021 19:59
0 Şərh     Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın qərbində yerləşən "Asa Coast Railway Co." dəmir yolu şirkəti həm rels üzərində, həm də yolda hərəkət edən ikirejimli nəqliyyat vasitəsinin (DMV) kommersiya istismarına başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hibrid nəqliyyat vasitəsi ilk dəfə dekabrın 25-də Tkuşima prefekturasının Şikoku rayonunda hərəkətə start verib. Bildirilir ki, bu, dünyada ilk belə nəqliyyat vasitəsindən kommersiya məqsədilə istifadə olunur.

Qeyd edək ki, ilk DMV prefekturanın cənub hissəsində günorta saatlarında marşruta buraxılıb. Nəqliyyat vasitəsində 18 sərnişinin olduğu, onların sayının koronavirus pandemiyasına görə azaldıldığı bildirilir.

Stansiyaya çatan avtobus dəmir təkərlərini endirərək qatara çevrilib və Koçi prefekturasının qərbində yerləşən şəhərə istiqamət götürüb.

Şirkətdən bildiriblər ki, nəqliyyat vasitəsini dəyişmədən hərəkətə imkan yaradan DMV-lər daha çox sərnişinin cəlb olunmasına səbəb olacaq. Belə ki, sərfəli olmayan dəmir yolu qatarının bu nəqliyyat vasitəsi ilə əvəz olunması yerli turizmin inkişafına mühüm təsir edə bilər.

DMV-nin ilkin olaraq 50 kilometr məsafədə hərəkət edəcəyi də qeyd edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.