Dünya

Amerikalıların 50%-dən çoxu feysbukun cəmiyyətə mənfi təsir etdiyini deyir

23 Dekabr 2021 08:24
0 Şərh     Baxış: 903
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ sakinlərinin yarıdan çoxu hesab edir ki, feysbuk sosial şəbəkəsi cəmiyyətə mənfi təsir göstərir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "The Washington Post" qəzetinin dərc etdiyi sorğunun nəticələrində deyilir.

Bu fikri sorğu iştirakçılarının 56%-i bölüşür. Respondentlərin 10%-i əmindir ki, feysbukun cəmiyyətə müsbət təsiri var, daha 33%-i sosial şəbəkənin nə müsbət, nə də mənfi təsir göstərdiyi qənaətindədir.

Bundan əlavə, araşdırma göstərir ki, ABŞ istifadəçilərinin yarıdan çoxu bu və ya digər şəkildə sosial şəbəkələrə etibar etmir.

Sorğu noyabrın 4-dən 22-dək ABŞ-da 1 122 internet istifadəçisi arasında aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.