Dünya

“Omikron” bu insanlara qarşı daha çox təhlükəlidir

19 Dekabr 2021 15:07
0 Şərh     Baxış: 1 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun "omikron" ştamı heç vaxt COVID-19-a yoluxmamış və peyvənd olunmamış insanlar üçün daha çox təhlükəlidir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə rusiyalı virusoloq Pavel Volçkov bildirib.

Onun sözlərinə görə, koronavirusdan sağalan və peyvənd olunan insanlar xəstəliyi yüngül keçirəcək.

Mütəxəssis bunu koronavirusu "tanıyan" orqanizmin immun sisteminin möhkəm olması ilə əlaqələndirib.

SARS-CoV-2 ştamı noyabrda Botsvana və Cənubi Afrikada aşkar edilib. Variant B.1.1.529 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "omikron" etiketinə malikdir və narahatlıq doğuran ştam kimi səciyyələndirilir.

Rusiyada indiyədək "omikron" ştamına 25 yoluxma qeydə alınıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.