Dünya

Bu ölkələr İrana qarşı birləşir

5 Dekabr 2021 14:37
0 Şərh     Baxış: 1 230
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransa və Səudiyyə Ərəbistanı İranın nüvə proqramını inkişaf etdirməsindən narahat olduqlarını bildiriblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçirilən görüşdən sonra verilən açıqlamada bildirilib.

Fransa İranın nüvə silahı əldə etməsinə və ya inkişaf etdirməsinə icazə verməməkdə qərarlı olduğunu vurğulayıb.

İki ölkə lideri həmçinin İranın regionda sabitliyi pozan fəaliyyətlərindən danışıb, o cümlədən ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə ilə mübarizə aparmağın vacibliyini vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.