İranda ötən sutka ərzində 58 nəfər koronavirusdan (COVID-19) ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 130124 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 2157 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6131356 nəfərə çatıb.
Milli.Az